2026-cı il dünya çempionatının final matçının baş hakimi Slavko Vinsiç hakimlik karyerasını başa vurub.
İdman.Biz xəbər verir ki, bu barədə Sloveniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
Vinsiç bu qərarı mundialın başa çatmasından bir həftə sonra verib. DÇ-2026 finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olmuşdu.
Karyerasının sonunda Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Vinsiçi dünya çempionatının ən yaxşı hakimi seçib. Bundan əlavə, italiyalılar ona dünya və Avropa çempionatlarının final mərhələlərində ən yaxşı referiyə təqdim olunan nüfuzlu "Culio Kampanati" mükafatını veriblər.
46 yaşlı hakim DÇ-2026 zamanı 4 oyunda baş hakim kimi fəaliyyət göstərib.
