Futbol üzrə Niderland millisinin hücumçu Memfis Depay Braziliya çempionatında çıxış etdiyi “Korintians” klubu ilə yeni müqavilə barədə razılığa gəlib.
İdman.biz insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 32 yaşlı forvardın "Korintians"la yeni müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədə olacaq.
“Mançester Yunayted”in sabiq futbolçusu 2024-cü ildə Braziliya klubuna transfer olunub. Həmin vaxtdan bəri Depay 78 oyunda meydana çıxıb. O, bu matçlarda 20 qol vurub, 15 məhsuldar ötürmə edib. Niderlandlı futbolçunun transfer dəyəri 7 milyon avro qiymətləndirilir.
