Neymar gənc futbolçuları təhqir edib – Qalmaqal

27 İyul 2026 09:57
114
Neymar gənc futbolçuları təhqir edib – Qalmaqal

Braziliyanın “Santos” futbol klubunun rəhbərliyi komandanın ulduz futbolçusu Neymarın davranışından narazıdır.

İdman.biz xəbər verir ki, bu barədə “Globo Esporte” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “Şapekoense” ilə oyunun fasiləsində Neymar gənc komanda yoldaşlarını sərt şəkildə tənqid edib və onların ünvanına təhqiramiz ifadələr işlədib.

Klub rəhbərliyi hesab edir ki, bu cür davranış kollektiv daxilindəki atmosferə mənfi təsir göstərə və komanda birliyini poza bilər.

Məlumat üçün əlavə edək ki, Neymarın “Santos”la müqaviləsi 31 dekabr 2026-cı il tarixinədək qüvvədədir. O, 2026-cı ilin yanvarında müqaviləsini daha bir mövsüm uzadıb və bununla da ilin sonuna qədər komandada qalmağı öhdəsinə götürüb.

İdman.Biz
Məqalədə: