İngiltərənin “Mançester Siti” futbol komandasının hücumçusu Erlinq Holand 2026-cı il dünya çempionatı zamanı özü ilə bağlı yayılan memlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Norveç millisinin üzvü turnir vaxtı telefondan çox istifadə etmədiyini, mundialdan sonra isə özü haqqında xeyli gülməli video və şəkil gördüyünü deyib.
“Memlər sadəcə çılğındır, onların sayı çoxdur. Telefonu açıram və qarşıma daim memlər çıxır. Bu, çox gülməlidir”, - deyə Holand bildirib.
O, xüsusilə yemək yeyərkən özündən qorxduğu görüntü əsasında hazırlanan memi, həmçinin Vinisiusla bağlı memləri bəyəndiyini qeyd edib.
Xatırladaq ki, Holand dünya çempionatında yeddi qol vurub. Norveç 1/8 finalda Braziliyanı 2:1 hesabı ilə məğlub edib, 1/4 finalda isə İngiltərəyə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
