İtaliyanın “Yuventus” futbol komandası müdafiə xəttini Con Stounzla gücləndirmək istəyir.
İdman.Biz xəbər verir ki, Turin təmsilçisi azad agent statusunda olan 32 yaşlı futbolçu və onun nümayəndələri ilə ilkin təmaslara başlayıb.
Stounzun “Mançester Siti” ilə müqaviləsi 30 iyunda başa çatıb və o, komandadan ayrılıb. Müdafiəçi İngiltərə təmsilçisində 10 mövsüm keçirib.
“Yuventus”un futbolçu ilə şəxsi müqavilə şərtlərini müzakirə etdiyi və transfer üçün konkret təklif hazırladığı bildirilir. Bundan əvvəl Stounzun xidmətləri İtaliyanın “İnter” və “Milan” komandalarına da təklif olunub.
İngiltərəli futbolçu “Mançester Siti” ilə altı dəfə Premyer Liqanın, həmçinin UEFA Çempionlar Liqasının qalibi olub.
