Uelsli sabiq futbolçu, “Real Madrid”in keçmiş üzvü Qaret Beyl karyerasını başa vurduqdan sonra maliyyə problemləri ilə üzləşməkdən qorxduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, Beyl hələ gənc yaşlarından qazandığı pulları düzgün idarə etməyə və gələcəyini yalnız futbol gəlirlərindən asılı etməməyə çalışdığını bildirib.
“Futbolu bitirəndə artıq həftəlik maaş almayacağım məni həmişə qorxudurdu. Karyerasını başa vurduqdan sonra müflis olan idmançılar haqqında dəfələrlə oxumuşdum. Bu, onların kifayət qədər qazanmaması ilə deyil, pullarını necə idarə etməyi öyrənməmələri ilə bağlı idi. Bu məsələ məni gənc yaşlarımdan qorxudurdu”, - deyə Beyl sözləyib.
Beyl bu səbəbdən erkən yaşlardan investisiya qoymağa və aktivlərini müxtəlif sahələr üzrə bölüşdürməyə başladığını qeyd edib:
“İnvestisiyalarımı həmişə bir neçə sütun üzərində dayanan bina kimi təsəvvür edirdim. Sütunlardan biri dağılsa, digərləri binanı ayaqda saxlayacaqdı. Gələcəyimin yalnız bir gəlir mənbəyindən və ya həmin dövrdəki şöhrətimdən asılı olmasını istəmirdim”.
Sabiq futbolçu verdiyi qərarın nəticəsindən razı qaldığını da vurğulayıb:
“İndi geriyə baxanda bu qərarı verdiyim üçün xoşbəxtəm. Stadionların səsi kəsiləndə və artıq heç kim məşqə gəlməyini gözləməyəndə həyat insanı başqa formada sınağa çəkir”.
