“Real Madrid” Yan Diomande transferini bitirib

26 İyul 2026 23:12
688
“Real Madrid” Yan Diomande transferini bitirib

İspaniyanın “Real Madrid” futbol komandası Almaniyanın “Leypsiq” komandasında çıxış edən Yan Diomandenin transferinin başa çatdığı bildirilir.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi Kot-d’İvuar millisinin üzvünün keçidi ilə bağlı “Leypsiq”lə razılığa gəlib. İnsayder Fabrisio Romano Transferin məbləğinin 100 milyon avrodan (198 milyon manat) çox olduğunu yazıb.

19 yaşlı vingerlə 2031-ci ilədək nəzərdə tutulan beş illik müqavilə razılaşdırılıb.

Məlumata görə, “Real Madrid”in baş məşqçisi Joze Mourinyo Diomandeyə onun Vinisiusun əvəzinə deyil, braziliyalı futbolçu ilə birlikdə oynayacağını bildirib. Portuqaliyalı mütəxəssisin hücum xəttini Vinisius - Kilian Mbappe - Yan Diomande üçlüyü üzərində qurmaq niyyətində olduğu qeyd olunur.

İdman.Biz