“Milan” “Qalatasaray”ın Rafael Leao ilə bağlı təklifini rədd edib

26 İyul 2026 23:55
86
“Milan” “Qalatasaray”ın Rafael Leao ilə bağlı təklifini rədd edib

İtaliyanın “Milan” futbol komandasının portuqaliyalı hücumçusu Rafael Leao “Qalatasaray”ın transfer hədəfinə çevrilib.

İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı futbolçunun satınalma şərti ilə icarəsi üçün “Milan”a rəsmi təklif göndərib. İtaliya komandası isə bu variantı qəbul etməyərək təklifi rədd edib.

“Milan” Leaonu yalnız birdəfəlik transfer əsasında satmaq niyyətindədir. Portuqaliyalı futbolçu ötən mövsüm 31 rəsmi oyunda iştirak edib və 13 qolda pay sahibi olub.

Leaonun adı daha əvvəl “Fənərbağça” ilə də hallanıb. İstanbul təmsilçisi isə futbolçunun transferi üçün maaş və keçid haqqı daxil olmaqla təxminən 100 milyon avro məbləğində təklif göndərməsi barədə yayılan məlumatları təkzib edib.

İdman.Biz