“Arsenal”ın Vinisiusa təklif edəcəyi maaşın məbləği məlum olub - YENİLƏNİB

26 İyul 2026 23:25
890
“Arsenal”ın Vinisiusa təklif edəcəyi maaşın məbləği məlum olub - YENİLƏNİB

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Vinisius karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdman.Biz “The Athletic”ə istinadən London təmsilçisi Vinisiusa həftədə 470 min avrodan (909 min manat) çox əməkhaqqı ödəməyi nəzərdən keçirir. “Arsenal” rəhbərliyinin transferin maliyyə tərəfinin problem yaratmayacağı qənaətində olduğu bildirilir.

“Arsenal” Vinisiusun komandanın oyun səviyyəsini dəyişə biləcək futbolçu olduğunu düşünür. Premyer Liqa təmsilçisi braziliyalının UEFA Çempionlar Liqasını qazanmaq uğrunda mübarizədə əsas fiqurlardan birinə çevrilə biləcəyinə inanır.

Qeyd olunur ki, London komandası Vinisiusun transferini reallaşdırmaq üçün bütün imkanlarından istifadə etməyə hazırdır.

20:13

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Vinisius karyerasını İngiltərənin “Arsenal” komandasında davam etdirə bilər.

İdman.Biz "The Times"a istinadən xəbər verir ki, London təmsilçisi braziliyalı vingerin transferi variantını nəzərdən keçirir. Buna Vinisiusla “Real Madrid” arasında müqavilənin uzadılması ilə bağlı fikir ayrılıqlarının yaranması səbəb olub. Futbolçu “Arsenal”a keçəcəyi halda komandanın ən yüksək maaş alan oyunçusu olmalıdır.

“Arsenal”da ən yüksək maaşı Bukayo Saka alır. İngiltərəli futbolçunun vergilər çıxılmadan illik qazancı təxminən 15,6 milyon funtdur (35,3 milyon manat).

Vinisius “Real Madrid”də vergilər ödənildikdən sonra ildə təxminən 14,9 milyon avro (28,8 milyon manat) qazanır. Madrid təmsilçisi yeni müqavilədə ona 20 milyon avrodan (38,7 milyon manat) çox illik maaş təklif edir. Braziliyalı futbolçu isə təxminən 30 milyon avro (58 milyon manat) tələb edir.

İdman.Biz