Paolo Maldini Pirloya görə İtaliya millisindən ayrıla bilər

26 İyul 2026 19:58
85
Paolo Maldini Pirloya görə İtaliya millisindən ayrıla bilər

İtaliya milli futbol komandasının texniki direktoru Paolo Maldini vəzifəsindən ayrıla bilər.

İdman.Biz “ControCalcio”ya istinadən xəbər verir ki, cəmi 15 gün əvvəl İtaliya Futbol Federasiyasında texniki direktor vəzifəsinə təyin olunan Maldini Andrea Pirlonun milli komandanın baş məşqçisi kimi təsdiqlənməyəcəyi halda istefa verməyə hazırdır.

Pirlo İtaliya millisinin baş məşqçisi postuna əsas namizədlərdən biridir. Lakin onun Rusiyanın mərc şirkəti ilə əməkdaşlığı İtaliyada ciddi müzakirələrə səbəb olub. Federasiya rəhbərliyi də məsələ ilə bağlı əlavə araşdırma aparır və bu səbəbdən Pirlonun təyinatının rəsmiləşməsi ləngiyə bilər.

Məlumata əsasən, Maldini Pirlonun namizədliyini dəstəkləyən əsas şəxslərdən biridir.

İdman.Biz