“Barselona”nın yeni vingeri Flikin komandasında şans qazana bilər - VİDEO

26 İyul 2026 20:36
93
“Barselona”nın yeni vingeri Flikin komandasında şans qazana bilər - VİDEO

İspaniyanın “Barselona” futbol komandasının cinah hücumçusu Aleks Qonsales əsas komandada şans qazana bilər.

İdman.Biz xəbər verir ki, sağ ayaqlı futbolçu hücumun hər iki cinahında çıxış edə bilir. Onun əsas üstünlükləri sırasında təkbətək mübarizədə rəqibi keçmək bacarığı, sürəti, meydanda düzgün qərarlar verməsi və cinah hücumçusu üçün yüksək qol göstəricisi qeyd olunur.

Qonsalesin çıxışı bir neçə klubun diqqətini cəlb etsə də, uşaqlıqdan azarkeşi olduğu “Barselona”ya keçmək futbolçu üçün çətin qərar olmayıb.

Gənc vinger Hansi Flikin mövsümöncəsi hazırlıq zamanı əsas komandada sınaya biləcəyi futbolçulardan biri hesab olunur.

İdman.Biz