İngiltərənin “Fulhem” futbol komandası İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Qonsalo Qarsiyanı transfer etmək istəyir.
İdman.Biz xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı futbolçu üçün böyük məbləğdə təklif hazırlayır.
Jurnalist Matteo Morettonun məlumatına görə, “Fulhem” Qonsalo Qarsiyanın transferində sona qədər getməyə və futbolçunu heyətinə qatmaq üçün ciddi maliyyə vəsaiti ayırmağa hazırdır. London komandasının baş məşqçisi Alvaro Arbeloa hücum xəttinin gücləndirilməsi üçün Qarsiyanı əsas prioritet hesab edir.
Arbeloa ötən mövsüm “Real Madrid”də Qarsiya ilə çalışıb və futbolçunun imkanlarına yaxından bələddir. “Real Madrid” isə hücumçunun mümkün transferi zamanı onun gələcəyi üzərində müəyyən nəzarəti saxlamaq üçün hüquqlarının bir hissəsini və ya sonrakı satışdan pay nəzərdə tutan şərti müqaviləyə daxil etmək istəyir.
