“Şamaxı” Qətər klubu ilə sınaq oyununa çıxacaq

26 İyul 2026 13:27
87
“Şamaxı” Qətər klubu ilə sınaq oyununa çıxacaq

“Şamaxı” yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxalama oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi bu gün Qətərin ikinci liqa təmsilçisi “Əl-Xaritiyat” klubu ilə üz-üzə gələcək.

Qəbələdə keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Şamaxı” ilk yoxlama matçında “Kəpəz”lə qolsuz heç-heçə edib.

İdman.Biz