Rusiyanın “Lokomotiv” futbol komandasının müdafiəçisi Georgi Cikiya Premyer Liqanın 1-ci turunda “Axmat”la görüşdə yeni komandasında rəsmi debüt edib.
İdman.Biz xəbər verir ki, 32 yaşlı futbolçu qarşılaşmanın 82-ci dəqiqəsində meydana daxil olub. Cəmi bir dəqiqə sonra “Axmat” hesabı bərabərləşdirib. Erald Maksutinin uzaq məsafədən zərbəsi Cikiyanın müdaxiləsindən sonra istiqamətini dəyişərək qapıya daxil olub. Qol Maksutinin adına yazılıb.
“Lokomotiv” 8-ci dəqiqədə Zelimxan Bakayevin qolu ilə önə keçsə də, üstünlüyünü sona qədər qoruya bilməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Cikiya iyunda “Lokomotiv”lə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
