İrlandiyanın “Mayo” qael futbolu komandası 75 illik fasilədən sonra ölkə çempionu olub.
İdman.Biz xəbər verir ki, Dublin şəhərindəki “Croke Park” stadionunda keçirilən “All-Ireland Senior Football Championship” finalında “Mayo” “Kerry”ni 1-20 - 1-17 hesabı ilə məğlub edib. Bununla komanda 1951-ci ildən sonra ilk dəfə Sam Maguire kubokuna sahib çıxıb.
“Mayo” 1951-ci ildəki son çempionluğundan sonra çıxdığı 13 finalın 11-də məğlub olub, ikisində isə heç-heçə edib. Bu uğursuzluqlar illər ərzində komanda ətrafında “75 illik lənət” əfsanəsinin yaranmasına səbəb olub.
Finalda “Kerry” bir ara yeddi xal fərqlə önə keçsə də, “Mayo” geridönüş edərək tarixi qələbəyə imza atıb.
