“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb – FOTO/VİDEO

27 İyul 2026 04:28
80
“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb – FOTO/VİDEO

Ukraynanın “Şaxtyor” futbol komandasının spikeri Daria Bondar (Savina) “Bursaspor” azarkeşlərinin yaratdığı atmosfer səbəbindən çətinliklə üzləşib.

İdman.Biz xəbər verir ki, “Bursaspor” - “Şaxtyor” oyunundan sonra reportaj hazırlamaq istəyən aparıcı öncə tribunadakı səs-küydən əziyyət çəkib. Daha sonra isə rəsmi şəxslər və azarkeşlər selfi nöbvəsinə durublar.

Xatırladaq ki, millimizin üzvü Toral Bayramovun start heyətində meydana çıxdığı qarşılaşma 0:0 hesablı heç-heçə ilə bitib.

İdman.Biz