UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub

21 Sentyabr 2026 12:53
68
UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub

“UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna (BOS) ilkin baxış keçirilib”.

Bu barədə “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunun oyununa qədər bütün işlərin yekunlaşacağını vurğulayıb.

“Arenaya ilkin baxış olub. UEFA-nın bu mərhələ üçün tələbləri bəllidir. Hazırda bu istiqamətdə iş gedir. Bütün görülən işlər stadionun təyin edilən vaxta kimi tam hazır olmasına hesablanıb. UEFA nümayəndələrinin qarşıdakı günlərdə təftiş üçün yenidən Bakıya gələcəyi gözlənilir”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Xatırladaq ki, “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını BOS-da keçirəcək. “Bayquşlar” oktyabrın 13-də Çexiyanın “Slaviya” komandasını qəbul edəcək.

İdman.Biz