Zidan Fransa millisində ilk toplanışına hazırlaşır

21 Sentyabr 2026 13:24
55
Zidan Fransa millisində ilk toplanışına hazırlaşır

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan yığmanın sükanı arxasında ilk təlim-məşq toplanışı öncəsi Klerfonten bazasında hazırlıqlara başlayıb.

İdman.Biz xəbər verir ki, Zidan cümə günü Fransa Futbol Federasiyasının qərargahında ilk 23 nəfərlik heyətini açıqladıqdan sonra şənbə səhəri Klerfontenə gəlib. Axşam saatlarında isə onun məşqçilər korpusunun digər üzvləri də bazaya qoşulublar.

54 yaşlı mütəxəssis burada yeni iş otağı ilə tanış olub. Onun kabineti komanda menecerinin otağına yaxın yerləşir və Fransa millisinin loqoları ilə bəzədilib. Zidan vəzifəyə təyin olunduqdan sonra Federasiyanın Parisdəki qərargahında da fəal çalışıb.

Hazırda Zidan və onun komandası futbolçular bazaya gəlməzdən əvvəl bütün detalları nəzərdən keçirir. Bura Klerfontenin infrastrukturu, oyunçuların mərkəz daxilində hərəkət marşrutları və qidalanma proqramı da daxildir. Dünən isə onlar "Atletiko" - "Real" və "Marsel" - PSJ oyununu izləyiblər.

İlk toplanış bu gün başlayacaq.

İdman.Biz