“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala zədəsini sağaldaraq komanda ilə məşqlərə qayıdıb.
İdman.Biz“BILD” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu beş həftə yarımdan sonra ilk dəfə Münhen təmsilçisinin ümumi məşqində iştirak edib.
Musiala sentyabrın 24-də Almaniya millisinin Niderlandla oyunu öncəsi isinmə hərəkətləri zamanı bud nahiyəsindən zədələnmişdi. Oktyabrın 9-dan fərdi məşqlərə başlayan yarımmüdafiəçi son günlər fiziki yüklənməni tədricən artırıb.
“Bavariya”nın idman direktoru Maks Eberl daha əvvəl Musialanın milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra ümumi məşqlərə qoşulmasının planlaşdırıldığını açıqlamışdı. Lakin futbolçu gözləniləndən tez qayıdıb.
Onun noyabrın 7-də Bundesliqada “Maynts”la keçiriləcək qarşılaşmanın iştirak ərizəsinə daxil edilib-edilməyəcəyi hələlik məlum deyil.
Münhen klubu futbolçunun tam sağalması üçün riskə getmək istəmir.
