Cob Bellinqem: “Azarkeşlərin köməyi ilə “Betis”i meydandan sildik”

5 Noyabr 2026 19:41
18
Cob Bellinqem: “Azarkeşlərin köməyi ilə “Betis”i meydandan sildik”

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cob Bellinqem Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda “Betis” üzərində qazanılan 2:1 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, ingiltərəli futbolçu qarşılaşmadan sonra klubun rəsmi saytına açıqlamasında azarkeşlərin dəstəyinin böyük rol oynadığını bildirib.

“Oyun ilk dəqiqələrdən çətin keçdi. Rəqibin nə qədər güclü olduğunu bilirdik və yarada biləcəyi təhlükəni anlayırdıq. Onlar topla çox yaxşı oynayırdılar. Heyətlərində texniki cəhətdən çox bacarıqlı futbolçular var.

Biz onlarla başabaş mübarizə apara bildik. İkinci hissədə isə oyunumuzu getdikcə yaxşılaşdırdıq. Azarkeşlərimizin köməyi ilə sanki rəqibi meydandan sildik. Çempionlar Liqasında “Sarı divar” (“Sarı divar” (Yellow Wall) Dortmund “Borussiya”sının stadionunda ən coşqulu azarkeşlərin toplaşdığı cənub tribunasıdır. Bu tribuna sarı geyimli minlərlə azarkeşlə dolduğu üçün belə adlandırılır - red.) istiqamətində hücum etmək bizim üçün sehrli hissdir”, - deyə Bellinqem vurğulayıb.

Qeyd edək ki, Dortmundda keçirilən qarşılaşmada meydan sahiblərinin qollarını Fabio Silva və Konstantinos Karetsas vurublar.

İdman.Biz