Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

5 Noyabr 2026 19:27
8
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunun ən yaxşı futbolçusu müəyyənləşib.

İdman.Biz xəbər verir ki, azarkeşlərin səsverməsinin nəticəsinə əsasən, bu ada İtaliyanın “Komo” klubunun hücumçusu Anastasios Duvikas layiq görülüb.

27 yaşlı yunanıstanlı futbolçu mükafat uğrunda mübarizədə PSJ-nin yarımmüdafiəçisi Fabian Ruisi, “Qalatasaray”ın futbolçusu Aleksey Batrakovu və LASK-ın müdafiəçisi Kasper Yorgenseni geridə qoyub.

Duvikas dördüncü turda “Komo”nun səfərdə “Lans”ı 9:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada het-trik edib və bir məhsuldar ötürmə verib.

Qeyd edək ki, hücumçu Çempionlar Liqasının cari mövsümündə vurduğu altı qolla turnirin bombardirlər siyahısına başçılıq edir.

İdman.Biz