“Əl-Hilal” yanvarda Bruno Fernandeş üçün geri qayıtmayacaq

5 Noyabr 2026 16:49
30
“Əl-Hilal” yanvarda Bruno Fernandeş üçün geri qayıtmayacaq

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu yanvarda İngiltərənin “Mançester Yunayted” komandasının kapitanı Bruno Fernandeşin transferinə yenidən cəhd etməyəcək.

İdman.Biz talkSPORT-a istinadən xəbər verir ki, Ər-Riyad klubu xarici futbolçu limitində yer açmaq niyyətində deyil.

“Əl-Hilal” əvvəllər Fernandeş üçün 100 milyon funt ödəməyə və onun maaşını təxminən üç dəfə artırmağa hazır idi. Portuqaliyalı futbolçu isə ən yüksək səviyyədə oynamağa davam etmək istədiyi üçün bu təklifi rədd edib.

Fernandeşin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyununadək qüvvədədir, klubun onu bir il uzatmaq hüququ var. Futbolçu daha uzunmüddətli müqavilə istəyir, klub isə buna tərəddüdlə yanaşır. Baş məşqçi Maykl Karrik Fernandeşin kapitan qalacağını bildirib.

İdman.Biz