“Real Madrid”də ayın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

5 Noyabr 2026 21:28
7
“Real Madrid”də ayın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

“Real Madrid”də oktyabr ayının ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Madrid klubunun aylıq mükafatı uğrunda beş futbolçu mübarizə aparacaq.

Namizədlər sırasında Yan Diomande, Din Heysen, Federiko Valverde, Tibo Kurtua və Cud Bellinqem yer alıblar.

Diomande oktyabrda əsas heyətdə mövqeyini möhkəmləndirib. Heysen müdafiədəki çıxışı, Valverde isə müxtəlif mövqelərdə oynaması ilə fərqlənib. Kurtua qapıdakı etibarlı oyunu, Bellinqem isə hücumdakı məhsuldarlığı ilə diqqət çəkib.

Maraqlıdır ki, Kilian Mbappe və Vinisius Junior namizədlər siyahısından kənarda qalıblar.

Qeyd edək ki, “Real Madrid” oktyabr ayında keçirdiyi beş görüşün hamısında qələbə qazanıb.

İdman.Biz