Azərbaycan Premyer Liqası: “Sabah” “İmişli”yə qarşı

19 Sentyabr 2026 10:16
88
Azərbaycan Premyer Liqası: “Sabah” “İmişli”yə qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasının altıncı turu çərçivəsində ikinci qarşılaşma “Bank Respublika Arena”da keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Sabah” “İmişli”ni qəbul edəcək.

Oyun saat 19:45-də başlayacaq. “Sabah” 12 xalla turnir cədvəlinin birinci pilləsində yer alıb. Dörd xala malik “İmişli” isə doqquzuncudur.

Misli Premyer Liqası
Birinci dövrə, Altıncı tur

19 sentyabr (şənbə)
19:45. “Sabah” - “İmişli”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bank Respublika Arena”

Qeyd edək ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün “Neftçi” “Qəbələ”ni (3:0), “Qarabağ” “Şəfa”nı məğlub edib - 1:0.

İdman.Biz
Məqalədə: