Premyer Liqa: “Arsenal” “Brayton”a böyük hesabla uduzdu, Lempardın “Koventri”si ilk qələbəsini qazandı - YENİLƏNİB +VİDEO

20 Sentyabr 2026 09:22
1 181
Premyer Liqa: “Arsenal” “Brayton”a böyük hesabla uduzdu, Lempardın “Koventri”si ilk qələbəsini qazandı - YENİLƏNİB +VİDEO

“Koventri Siti” İngiltərə çempionatının beşinci turunun oyununda səfərdə “Nottingem Forest”ə 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, 55-ci dəqiqədə Cey Dasilva qol vurub. Meydan sahibləri matçın sonlarında hesabı bərabərləşdirsələr də, İqor Jezusun qolu ofsayda görə qeydə alınmayıb.

Frenk Lempardın komandası mövsümdə ilk qələbəsini qazanıb və üç xalla Premyer Liqanın turnir cədvəlində 18-ci yeri tutur. “Nottingem” 5 xalla 12-ci pillədədir.

19:59

İngiltərə Premyer Liqasının beşinci turunda “Brayton” və “Arsenal” qarşılaşıb.

İdman.Biz xəbər verir ki, görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Brayton”un qollarını 31-ci dəqiqədə Paskal Qros, 45-ci dəqiqədə Haralambos Kostulas və 57-ci dəqiqədə Çema Andres vurub.

Bu, “Arsenal”ın cari mövsümdə Premyer Liqada ilk xal itkisi olub. London klubu 12 xalla ikinci pilləyə düşüb. Eyni xala malik “Mançester Siti” üçüncüdür. “Brayton” isə xallarının sayını 10-a çatdıraraq dördüncü pilləyə yüksəlib.

Paralel matçda “Everton” minimal hesabla “İpsviç”ə qalib gəlib – 1:0.

Maraqla gözlənilən “Nyukasl” - “Hall Siti” qarşılaşmasında meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

“Nyukasl”ın qollarını 3-cü dəqiqədə Co Uillok və 7-ci dəqiqədə Lyuis Holl vurub. “Hall Siti” 67-ci dəqiqədə Mahamad Ali Şonun qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.

Bu, “Hall Siti”nin Premyer Liqada mövsümün ilk məğlubiyyəti olub. Debütant 8 xalla səkkizinci, eyni xala malik “Nyukasl” isə yeddinci pillədə qərarlaşıb.

17:46

İngiltərə Premyer Liqasının beşinci turunda “Tottenhem” “Aston Villa”nı qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.

“Aston Villa”nın heyətində Yohan Manzambi 45+4, Nikolas Cekson 67, Emiliano Buendia 79-cu dəqiqədə fərqlənib.

“Tottenhem”in qollarını isə Konnor Qallaher 86, Jan-Pol van Hekke 90+8-ci dəqiqədə vurub.

Beləliklə, “Aston Villa” mövsümdə ilk qələbəsini qazanaraq xalını dördə yüksəldib. “Tottenhem” isə iki xalla qalıb.

İdman.Biz