Kriştianu Ronaldu İspaniyada baş verən faciəyə münasibət bildirdi

3 Noyabr 2026 23:53
93
Kriştianu Ronaldu İspaniyada baş verən faciəyə münasibət bildirdi

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migelin ölümünə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı ulduz sosial şəbəkə hesabında paylaşım edərək 30 yaşlı futbolçunun ailəsinə başsağlığı verib.

“Faciədir. Söz tapmıram... Ailəsinə səbir və güc arzulayıram. Ruhu şad olsun”, - deyə Ronaldu yazıb.

Xatırladaq ki, Xesus de Migel Sequndanın 12-ci turunda “Tenerife” ilə “Andorra” arasında keçirilən qarşılaşmada ağır xəsarət alıb.

İkinci hissəyə əlavə olunmuş vaxtda “Andorra”nın qapıçısı Xesus Ovono ilə toqquşan hücumçu meydanda huşunu itirib. Futbolçunun ürəyi və tənəffüsü dayanıb. Ona təcili tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, Xesus de Migelin həyatını xilas etmək mümkün olmayıb. “Tenerife” noyabrın 3-də futbolçunun vəfat etdiyini rəsmən açıqlayıb.

İdman.Biz