“Zirə”nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Ange Mutsinzi Ruanda, İssa Cibrila Niger yığmasına çağrılıb.
Quima isə Mozambik seçməsinin düşərgəsində olacaq.
Qeyd edək ki, hər üç futbolçu milli komandada çıxış təcrübəsinə malikdir. Mutsinzi Ruanda yığmasının heyətində 40-a yaxın oyun keçirib. Cibrilla Niger millisində 25 görüşdə beş qol vurub. Quima isə Mozambik yığmasının formasında 24 matçda iki qolla yadda qalıb.
Mutsinzi 2024-cü ildən “Zirə”də çıxış edir. Cibrilla 2023-cü ildən Bakı təmsilçisinin formasını geyinir. Quima isə 2025-ci ildə komandaya qoşulub.
