21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Oman U-23 yığması ilə keçirəcəyi yoxlama oyunlarının məkanı və başlama saatı müəyyənləşib.
İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda noyabrın 14-də və 17-də rəqibi ilə üz-üzə gələcək.
Hər iki qarşılaşma “Bank Respublika Arena”da təşkil olunacaq. Görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Oyunlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
