PFL rəhbərliyi Praqada beynəlxalq konfransa qatılıb - FOTO

13 Noyabr 2026 18:45
50
PFL rəhbərliyi Praqada beynəlxalq konfransa qatılıb

Peşəkar Futbol Liqasının rəsmiləri Çexiyanın paytaxtı Praqada Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər.

İdman.Biz xəbər verir ki, noyabrın 11-13-də keçirilən tədbirdə Azərbaycanı PFL prezidenti Elxan Səmədov və qurumun texniki-idman direktoru Elgiz Abbasov təmsil ediblər.

Assosiasiyanın yaradılmasının 10 illik yubileyinə təsadüf edən üçgünlük konfransa dünyanın müxtəlif qitələrindən 50-dən çox liqanın nümayəndəsi qatılıb. Tədbirdə futbolla bağlı mühüm məsələlər müzakirə olunub. PFL assosiasiyanın tam hüquqlu üzvü kimi qərarların qəbulunda iştirak edib.

Konfransda İtaliya A Seriyasının icraçı direktoru Luici de Siervo növbəti dörd il üçün Dünya Liqaları Assosiasiyasının prezidenti seçilib.

PFL rəsmiləri müxtəlif liqaların nümayəndələri ilə görüşlər keçirərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Sonda PFL adından assosiasiyanın baş katibi Jerom Perlemuterə xatirə hədiyyəsi təqdim olunub.

İdman.Biz