Braziliyalı futbol əfsanəsi Ronaldinyo bu gün İtaliyaya gedəcək.
İdman.Biz xəbər verir ki, 46 yaşlı sabiq futbolçu noyabrın 15-də İtaliyanın “Ravenna” klubunun heyətində “Forli”yə qarşı meydana çıxacaq. Görüş B Seriyasının deyil, ölkənin üçüncü səviyyəli çempionatı olan C Seriyasının matçı çərçivəsində keçiriləcək.
O, əvvəlcə fərdi məşq keçəcək, şənbə günü isə yeni komanda yoldaşları ilə ilk məşqinə qatılacaq.
Qeyd edək ki, braziliyalı futbolçu sonuncu rəsmi oyununu 2015-ci ildə “Fluminense”nin heyətində keçirib. O, 2018-ci ildə peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
“Ravenna” - “Forli” qarşılaşması noyabrın 15-də Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
