Maurisio Poçettino “Mançester Yunayted”in baş məşqçisi oldu

13 Noyabr 2026 16:32
30
Maurisio Poçettino “Mançester Yunayted”in baş məşqçisi oldu

İngiltərənin “Mançester Yunayted” futbol klubu yeni baş məşqçisini açıqlayıb.

İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssis Maurisio Poçettino İngiltərə təmsilçisinin baş məşqçisi təyin olunub.

Tərəflər arasında müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 54 yaşlı mütəxəssis daha əvvəl “Tottenhem”, “Çelsi”, “Sauthempton” və PSJ kimi klublarda çalışıb. O, hazırda ABŞ millisinə rəhbərlik edir.

İdman.Biz