Azərbaycan futbol millisinin müdafiəçisi Toral Bayramov ötən gün Lixtenşteynlə oyunöncəsi keçirilən mətbuat konfransındakı atmacalı cavabı ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, oyunda baş məşqçinin şans verdiyi istənilən mövqedə oynaya biləcəyini deyən futbolçu jurnalistin “qapıda da” sualına maraqlı cavab verib.
T.Bayramov sualı “bir oynamadığım ora qalıb” deyərək cavablandırıb.
Qeyd edək ki, UEFA Millətlər Liqası çərçivəsində Vadutsda keçiriləcək Lixtenşteyn - Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.
