Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev beynəlxalq oyuna təyinat alıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Belarus - Albaniya matçında hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 15-də Macarıstanın paytaxtı Budapeştdə yerləşən “İllovski Rudolf” stadionunda baş tutacaq.
