“Mingəçevir” futbol komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Noyabrın 12-də yerli mediada komandanın baş məşqçisi vəzifəsinə Sultonovun köməkçisi olmuş Samir Məmmədovun təyin ediləcəyi barədə məlumat yayılıb. Nəşr həmçinin məşqçinin ayrılmasını əməkhaqqının ödənilməməsi ilə əlaqələndirir.
Qeyd edək ki, “Mingəçevir” Birinci Liqada yeddi turdan sonra dörd xalla doqquzuncu pillədə qərarlaşıb. Komanda yeddinci turda “Şahdağ Qusar”la oyuna çıxmadığı üçün texniki məğlubiyyət (0:3) alıb.
