Əfran İsmayılov: “Azərbaycan millisi Lixtenşteynlə oyunda rahat qalibiyyət əldə edə bilər”

13 Noyabr 2026 17:58
50
Əfran İsmayılov: “Azərbaycan millisi Lixtenşteynlə oyunda rahat qalibiyyət əldə edə bilər”

“Azərbaycan yığması UEFA Millətlər Liqasında Lixtenşteynlə oyunda rahat qalibiyyət əldə edə bilər”.

Bu barədə millinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

38 yaşlı keçmiş yarımmüdafiəçi D Liqasının ikinci qrupunda bu gün baş tutacaq matçla bağlı fikirlərini bölüşüb.

“İlk növbədə komandamıza uğurlar arzulayıram. Səfərdə layiqli qələbə qazanacaqlarına ümid edirəm. Oyunçular rəqibin kimliyindən asılı olmayaraq ürəkli və istəkli oynamalıdırlar. Üç xal qazansaq, qrupu birinci pillədə başa vuracağıq. Bakıdakı görüşdə Lixtenşteyni məğlub edə bilmədik. Amma çox qol epizodlarımız oldu. Futbolda belə hallar yaşanır. Bu dəfə qələbə qazanmalıyıq. Komandamız üçün rahat qalibiyyət də ola bilər”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Xatırladaq ki, Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

İdman.Biz