Portuqaliya millisinin bütün futbolçuları noyabrın 14-də Danimarka ilə keçiriləcək UEFA Millətlər Liqasının oyununa 7 nömrəli forma ilə çıxacaqlar.
İdman.Biz “Diario de Noticias” nəşrinə istinadən xəbər verir ki, bu addım milli komanda ilə beynəlxalq karyerasını başa vuran Kriştianu Ronalduya ehtiram əlaməti olaraq atılacaq.
Bundan başqa, qarşılaşmanın 7-ci dəqiqəsində də portuqaliyalı futbolçunun şərəfinə xüsusi mərasim təşkil olunacaq. Hər iki təşəbbüsün keçirilməsinə UEFA tərəfindən razılıq verilib.
“Diario de Noticias”un məlumatına görə, bu qərar Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa, baş məşqçi Jorje Jesus və komandanın kapitanları Bernardo Silva, Ruben Dias və Bruno Fernandeşin iştirakı ilə keçirilən görüşdə qəbul edilib.
Qeyd edək ki, Portuqaliya - Danimarka qarşılaşması noyabrın 14-də Braqa şəhərindəki “Estadio Municipal de Braga” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
