Bu gün Azərbaycanın kişilərdən və qadınlardan ibarət şahmat komandaları Səmərqənddə keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcəklər.
İdman.Biz xəbər verir ki, kişilərdən ibarət yığmamız Çexiya seçməsi ilə qarşılaşacaq.
Qadın şahmatçılarımız isə İngiltərə təmsilçiləri ilə üz-üzə gələcəklər.
Kişilərdən ibarət komandamız turnirdə əvvəlcə Mərakeşi 4:0, Filippini 3:1 və İsveçrəni 3:1 hesabı ilə məğlub edib. Qadınlardan ibarət yığmamız isə Qvatemala və Danimarkanı 4:0, İsveçi isə 2,5:1,5 hesabı ilə üstələyib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
