“Kəpəz”in moldovalı futbolçusu: “Oyuna bir qədər qorxu ilə daxil olduq”

21 Sentyabr 2026 13:39
58
“Kəpəz”in moldovalı futbolçusu: “Oyuna bir qədər qorxu ilə daxil olduq”

“İlk hissə daha çətin keçdi. Oyuna bir qədər qorxu ilə daxil olduq. Lakin matç ərzində özümüzü toparladıq və son dəqiqələrdə qol vurmaq üçün daha iki real şansımız oldu”.

Bu sözləri “Kəpəz”in moldovalı futbolçusu Viktor Stina Misli Premyer Liqasının altıncı turunda evdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

O, azarkeşlərin dəstəyindən danışıb.

“Hər ev oyununda olduğu kimi, burada oynamaq möhtəşəmdir. Azarkeşlərimizə təşəkkür edirik. Onlar bizi çox dəstəkləyirlər. Dediyim kimi, son dəqiqələrdə qışqıraraq bizi qol vurmağa sövq edirdilər”, - deyə o sportify.az-a açıqlamasında vurğulayıb.

Futbolçu qarşıdakı milli komanda fasiləsi barədə də fikirlərini bölüşüb:

“Bəli, bizi yaxşı milli komandalara qarşı dörd çətin oyun gözləyir. Bu, çətin dövr olacaq. Çünki 12 gün ərzində dörd matç keçirəcəyik. Ona görə də asan olmayacaq”.

28 yaşlı yarımmüdafiəçi öz çıxışını da qiymətləndirib:

“Bəli, performansımdan razıyam. Amma daha yaxşı ola bilər”.

İdman.Biz