“Kəpəz”in futbolçusu Moldova millisinə dəvət aldı

5 Noyabr 2026 14:26
13
“Kəpəz”in futbolçusu Moldova millisinə dəvət aldı

“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Moldova Futbol Federasiyası bununla bağlı kluba rəsmi məktub göndərib. Sənədə əsasən, Viktor Stina UEFA Millətlər Liqasının oyunlarında iştirak etmək üçün noyabrın 9-dan 17-dək milli komandanın düşərgəsində olacaq.

Moldova yığması noyabrın 13-də doğma meydanda Qazaxıstanı qəbul edəcək. Komanda üç gün sonra səfərdə Farer adaları ilə qarşılaşacaq.

UEFA Millətlər Liqasının C Liqasında mübarizə aparan Moldova millisi hazırda 4 xalla qrupda üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Viktor Stina Moldova millisinin heyətində 34 oyun keçirib və 4 qol vurub.

İdman.Biz