Almaniya millisinin baş məşqçisi Yurgen Klopp “Verder”in hücumçusu Niklas Fülkruqu milliyə qaytarmağı planlaşdırır.
İdman.Biz xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.
Məlumata görə, Klopp “qeyri-adi heç nə baş verməsə”, Fülkruqu Millətlər Liqasında Serbiya və Niderland ilə oyunlara çağıracaq. Heyət bu gün açıqlanacaq.
Fülkruq bu mövsüm “Verder”də 10 rəsmi oyunda 12 qol vurub. Klopp bundan əvvəl hücumçu barədə zarafatla, “Niklas Fülkruq 33 yaşındadır. Bu, mənim günahım deyil”, - deyə bildirb.
Fülkruq indiyədək Almaniya millisində 24 oyunda 14 qol vurub.
Almaniya millisi noyabrın 13-də Belqradda Serbiya ilə, noyabrın 16-da Berlində Niderland ilə qarşılaşacaq.
