ABŞ-nin “İnter Mayami” futbol komandasının hücumçusu Lionel Messi övladlarının təhsilinə böyük məbləğdə vəsait ayırır.
İdman.Biz xəbər verir ki, argentinalı futbolçunun üç oğlu Mayaminin ən yaxşı özəl məktəblərindən birində təhsil alır.
Məlumata görə, həmin təhsil müəssisəsində bir şagirdin illik təhsil haqqı təxminən 50 min dollardır.
Bildirilir ki, ABŞ-də elit özəl məktəblərdə təhsil İspaniya və Fransadakı analoji müəssisələrlə müqayisədə daha baha başa gəlir.
Bununla belə, Messi övladlarının təhsilinə vəsait xərcləməkdən çəkinmir. Məktəb güclü beynəlxalq mühiti ilə tanınır. Şagirdlərin təxminən yarısı ABŞ-dən kənarda dünyaya gəlib.
Kolumbiyalı müğənni Şakiranın övladları da eyni məktəbdə təhsil alırlar. Məlumata əsasən, uşaqların eyni təhsil müəssisəsinə getməsi Messi və Şakiranın ailələri arasında yaxın münasibətlərin yaranmasına səbəb olub.
Qeyd edək ki, Lionel Messi 2023-cü ildən “İnter Mayami”nin formasını geyinir. Argentinalı futbolçunun həyat yoldaşı Antonela Rokutso ilə Tiaqo, Mateo və Çiro adlı üç oğlu var.
