Azərbaycan Premyer Liqasında 11-ci turun hakim təyinatları açıqlanıb

5 Noyabr 2026 11:18
437
Azərbaycan Premyer Liqasında 11-ci turun hakim təyinatları açıqlanıb

Futbol üzrə Misli Premyer Liqasında 11-ci turunun təyinatları açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Tura “Qarabağ” - “Turan Tovuz” matçı ilə start veriləcək. Qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Turun son oyunu olan “Sabah” - “Şamaxı” görüşü isə Kamal Umudluya həvalə edilib.

Misli Premyer Liqası

Birinci dövrə 11-ci tur
6 noyabr
18:00. “Qarabağ” - “Turan Tovuz”

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Azersun Arena”

20:00. “Neftçi” - “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Palms Sports Arena”

7 noyabr
16:00. “Şəfa” - “Araz-Naxçıvan”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“SOCAR Polymer Arena”

18:30. “Zirə” - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu

8 noyabr
15:00. “İmişli” - “Sumqayıt”

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu

17:30. “Sabah” - “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sabah Arena”

Qeyd edək ki, Misli Premyer Liqasının 10-cu turundan sonra turnir cədvəlinə 21 xalla “Neftçi” başçılıq edir. “Sabah” 20 xalla ikinci, “Qarabağ” isə 19 xalla üçüncü pillədə qərarlaşıb. “Turan Tovuz” 18 xalla dördüncü, “Kəpəz” 17 xalla beşinci, “Zirə” 16 xalla altıncıdır. “Şamaxı” 13 xalla yeddinci, “İmişli” 10 xalla səkkizinci, “Sumqayıt” doqquz xalla doqquzuncu pillədə yer alıb. “Qəbələ” səkkiz xalla onuncu, “Şəfa” dörd xalla 11-ci, “Araz-Naxçıvan” isə üç xalla sonuncu - 12-ci yerdədir.

İdman.Biz