Birinci Liqada yeddinci tura yekun vurulur: bu gün dörd oyun var

5 Noyabr 2026 09:38
16
Birinci Liqada yeddinci tura yekun vurulur: bu gün dörd oyun var

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında yeddinci turun son dörd oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, qarşılaşmalar Bakı, Yevlax və Zaqatalada təşkil olunacaq.

Paytaxt təmsilçisi “Baku Sportinq” “Xankəndi” komandasını qəbul edəcək. Yevlaxda “Karvan-Yevlax” və “Şimal” kollektivləri üz-üzə gələcəklər.

“Zaqatala” doğma meydanda MOİK-lə qarşılaşacaq. Günün digər oyununda isə “Səbail” “Gəncəbasar”ı qəbul edəcək.

Azərbaycan Birinci Liqası
Yeddinci tur
5 noyabr

15:00 “Baku Sportinq” - “Xankəndi”
15:00 “Karvan-Yevlax” - “Şimal”
15:00 “Zaqatala” - MOİK
15:00 “Səbail” - “Gəncəbasar”

Qeyd edək ki, turun açılış qarşılaşması noyabrın 4-də “Mingəçevir” və “Şahdağ Qusar” komandaları arasında keçirilib. “Mingəçevir” komandası meydana çıxmayaraq oynamaqdan imtina edib.

İdman.Biz