Azərbaycan Birinci Liqası: “Mingəçevir” “Şahdağ Qusar”la qarşılaşacaq

4 Noyabr 2026 11:42
73
Azərbaycan Birinci Liqası: “Mingəçevir” “Şahdağ Qusar”la qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında yeddinci turunun oyunu “Mingəçevir” “Şahdağ Qusar” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək qarşılaşmanı Şamil İmanzadə idarə edəcək.

“Mingəçevir” dörd xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. 15 xala malik “Şahdağ Qusar” isə ikincidir.

Azərbaycan Birinci Liqası

Yeddinci tur
4 noyabr
15:00. “Mingəçevir” - “Şahdağ Qusar”

Hakimlər: Şamil İmanzadə, Anar Bədəlov, Qəzənfər Məmmədov, Maqsud Şamıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).

Qeyd edək ki, tura noyabrın 5-də yekunlaşacaq.

İdman.Biz