“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB

4 Noyabr 2026 17:57
562
“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB

“Qarabağ” futbol klubunun U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

İdman.Biz xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv turnirin ikinci təsnifat mərhələsinin cavab oyununda Xorvatiya təmsilçisi “Dinamo” ilə üz-üzə gəlib.

Zapreşiç şəhərində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 7:0.

Bakıda gerçəkləşən ilk görüşdə 1:2 hesabı ilə udazan “Qarabağ”ın U-19 komandası turnirlə vidalaşıb.

17:53

“Sabah”ın U-19 futbol komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib.

İdman.Biz xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda dördüncü turda səfərdə Norveç təmsilçisi “Vikinq”lə qarşılaşıb.

“Sandnes Ulf Arena”da baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 növbəti matçını noyabrın 25-də “Barselona”ya qarşı keçirəcək. Bakı təmsilçisi daha əvvəl Dortmund “Borussiya”sına (0:2), Çexiyanın “Slaviya” (0:3) və İngiltərənin “Mançester Yunayted” (0:5) komandalarına məğlub olub.

10:17

“Sabah” və “Qarabağ” futbol klublarının U-19 komandaları bu gün UEFA Gənclər Liqasında növbəti oyunlarını keçirəcəklər.

İdman.Biz xəbər verir ki, “Sabah” əsas mərhələnin dördüncü turunda Norveçin “Vikinq” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Sandnes Ulf Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. “Sabah” U-19 daha əvvəl Dortmund “Borussiya”sına (0:2), Çexiyanın “Slaviya” (0:3) və İngiltərənin “Mançester Yunayted” (0:5) komandalarına məğlub olub.

“Qarabağ” isə ikinci təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada “Dinamo”nun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu “Qarabağ” rəqibinə 1:2 hesabı ilə uduzub.

“Sabah” futbol klubunun U-19 komandası üç turdan sonra xalsızdır və UEFA Gənclər Liqasının əsas mərhələsinin turnir cədvəlində sonuncu - 36-cı pillədə qərarlaşıb. “Qarabağ” U-19 isə turnirin ikinci təsnifat mərhələsində mübarizə apardığından əsas mərhələnin turnir cədvəlində yer almır.

İdman.Biz