“Qarabağ” Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”a qarşı keçirəcəyi oyunun hazırlığını davam etdirir.
İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi “Azersun Arena”da baş tutan məşqdən fotoları sosial şəbəkə hesabında paylaşıb.
Hazırlıq prosesində komandanın futbolçuları növbəti qarşılaşmaya hazırlaşıblar.
Paylaşılan fotolarda zədədən sonra bərpa prosesini davam etdirən Elvin Cəfərquliyevin də komanda ilə məşq etdiyi görünür. Müdafiəçi bir müddət əvvəl fərdi məşqlərə başlamışdı.
Qeyd edək ki, “Qarabağ” - “Turan Tovuz” qarşılaşması noyabrın 6-da saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
