Bu gün futbol üzrə Misli Premyer Liqasının altıncı turunda “Turan Tovuz” - “Zirə” qarşılaşması keçiriləcək.
İdman.Biz xəbər verir ki, saat 17:30-da start götürəcək qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.
“Turan Tovuz” səkkiz xalla turnir cədvəlinin beşinci pilləsində yer alıb. 10 xala malik “Zirə” isə dördüncüdür.
Misli Premyer Liqası
Birinci dövrə, Altıncı tur
19 sentyabr (şənbə)
17:30. “Turan Tovuz” - “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı
VAR: Əli Əliyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu
Qeyd edək ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün “Neftçi” “Qəbələ”ni (3:0), “Qarabağ” “Şəfa”nı məğlub edib - 1:0.
