Avropa Liqası: “Beşiktaş”dan möhtəşəm qələbə, “Yuventus” “Neymegen”ə beş cavabsız qol vurdu - YENİLƏNİB + VİDEO

18 Sentyabr 2026 01:00
1 240
Avropa Liqası: “Beşiktaş”dan möhtəşəm qələbə, “Yuventus” “Neymegen”ə beş cavabsız qol vurdu

Avropa Liqasının ümumi mərhələsində birinci tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu doğma meydanda Fransanın “Marsel” komandasını 4:1 hesabı ilə məğlub edib.

Türkiyə komandasının heyətində İlxan Fakılı (15'), Vatslav Çernı (56'), Amir Murilyo (59') və Ernest Poku (81') qollara imza atıblar. Fransa klubunun heyətində isə Kelian Abdalla (29') fərqlənib.

Digər görüşdə “Yuventus” Niderlandın “Neymegen” komandasını 5:0 hesabı ilə darmadağın edib. Turin təmsilçisinin qollarını Nikolas Qonsales, Kerim Alaybeqoviç, Nik Voltemade, Zeki Çelik və Randal Kolo-Muani vurublar.

“Real Sosyedad” isə İspaniyada İngiltərənin “Bornmut” komandasına 1:2 hesabı ilə məğlub olub. Qonaqların heyətində Castin Klyüvert və Rayan fərqlənib. Baskların yeganə qolunu Sexio Qomes vurub.

Paralel keçən oyunda “Kristal Palas” doğma meydanda “Lex”-ə heç bir şans verməyib - 4:0.

“Seltik” Şotlandiyada “Ferentsvaroş”a uduzub - 1:3.

“Viktoriya” doğma meydanda “Yunion”a məğlub olub - 0:3.

“Lilleström” evdə “Torrense” ilə oyunda azarkeşlərini sevindirə bilməyib - 1:2.

22:49

UEFA Avropa Liqasının 2026/2027 mövsümünün ümumi mərhələsinin birinci turunda Yunanıstanın OFİ və Almaniyanın “Hoffenhaym” komandaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, İraklion təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Matçın 30-cu dəqiqəsində OFİ-nin hücumçusu Aitor Katalpiyedra hesabı açıb. 84-cü dəqiqədə yarımmüdafiəçi Georgios Kanellopulos komandasının üstünlüyünü iki topa çatdırıb.

Avropa Liqasının ümumi mərhələsinin növbəti turunda yunan klubu səfərdə Fransanın “Renn” komandası ilə qarşılaşacaq. "Hoffenhaym" isə oktyabrın 15-də öz meydanında Türkiyənin "Beşiktaş" klubunu qəbul edəcək.

Digər matçda Avstriyanın "RB Zalsburq" klubu səfərdə Bolqarıstan "Levski"sini minimal hesabla məğlub edib — 1:0.

Qonaqların heyətində Tabakoviç 39-cu dəqiqədə fərqlənib.

Növbəti turda "RB Zalsburq" öz meydanında "Milan"ı qəbul edəcək, "Levski" isə Niderlandın NEC klubunun qonağı olacaq.

09:38

Bu gün futbol üzrə UEFA Avropa Liqasının əsas mərhələsində növbəti oyunlar baş tutacaq.

İdman.Biz xəbər verir ki, ikinci oyun gününün proqramında doqquz qarşılaşma yer alıb.

Futbolsevərlərin diqqəti xüsusilə Türkiyə təmsilçisi “Beşiktaş”ın üzərində olacaq. İstanbul nəhəngi doğma meydanda Fransanın “Marsel” klubunu qəbul edəcək.

Gecənin digər maraqlı qarşılaşmalarında İtaliya nəhəngi “Yuventus” “Neymegen”i, İspaniya təmsilçisi “Real Sosyedad” isə İngiltərənin “Bornmut” klubunu sınağa çəkəcək.

UEFA Avropa Liqası
Əsas mərhələsi, birinci tur

17 sentyabr
20:45. OFİ (Yunanıstan) - “Hoffenhaym” (Almaniya)
20:45. “Levski” (Bolqarıstan) - “Zaltsburq” (Avstriya)
23:00. “Yuventus” (İtaliya) - “Neymegen” (Niderland)
23:00. “Real Sosyedad” (İspaniya) - “Bornmut” (İngiltərə)
23:00. “Beşiktaş” (Türkiyə) - “Marsel” (Fransa)
23:00. “Kristal Palas” (İngiltərə) - “Lex” (Polşa)
23:00. “Seltik” (Şotlandiya) - “Ferentsvaroş” (Macarıstan)
23:00. “Viktoriya” (Çexiya) - “Yunion” (Belçika)
23:00. “Lilleström” (Norveç) - “Unian Torrense” (Portuqaliya)

İdman.Biz