İtaliyanın “Milan” futbol komandasının yarımmüdafiəçisi Luka Modriç 2026-cı il dünya çempionatından sonra peşəkar karyerasını niyə davam etdirmək qərarına gəldiyini açıqlayıb.
İdman.Biz "CBS Sports"a istinadən xəbər verir ki, 41 yaşlı xorvatiyalı futbolçu hələ də futboldan zövq aldığını və komandada ona ehtiyac duyulduğunu hiss etdiyini etiraf edib.
“Milan”da özümü yaxşı hiss edirəm. Burada mənə dəyər verildiyini və sevildiyimi hiss edirəm. Klub rəhbərliyi və yeni baş məşqçi ilə söhbətdən sonra qalmaq qərarına gəldim. Hələ də özümü əla hiss edirəm, futbolu sevirəm və oyundan zövq alıram. Komandaya və gənc futbolçulara kömək etməyə davam etmək istəyirəm. “Milan” üçün bütün gücümü sərf edəcəyəm. Birlikdə nələrə nail ola biləcəyimizə baxacağıq”, - deyə Modriç bildirib.
Xatırladaq ki, əvvəllər xorvatiyalı futbolçunun DÇ-2026-dan sonra karyerasını başa vuracağı ehtimal edilirdi. Lakin iyulun sonunda “Milan” onunla müqavilənin müddətini 2027-ci ilin yayına qədər uzadıb.
Qeyd edək ki, Modriç oktyabrın 31-də “İnter”ə qarşı keçirilən Milan derbisində 90 dəqiqə meydanda olub. Qarşılaşma “rossoneri”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
