“Qalatasaray” Rusiyadan daha üç futbolçunu transfer etmək istəyir

1 Noyabr 2026 12:18
80
“Qalatasaray” Rusiyadan daha üç futbolçunu transfer etmək istəyir

Türkiyənin “Qalatasaray” futbol komandası qış transfer dövrü üçün hazırlıqlara başlayıb.

İdman.Biz “Ajansspor” nəşrinə istinadən xəbər verir ki, Super Liqada və UEFA Çempionlar Liqasında uğur qazanmağı hədəfləyən İstanbul təmsilçisi heyətini Rusiyada çıxış edən futbolçularla gücləndirməyi planlaşdırır.

Yay transfer dövründə Moskvanın “Lokomotiv” komandasından Aleksey Batrakovu transfer edən “Qalatasaray” yanvarda da Rusiya bazarına üz tutmaq niyyətindədir.

İstanbul təmsilçisinin maraq dairəsində üç futbolçu yer alır.

Bunlar Moskva ÇSKA-sının futbolçuları Matvey Kislyak və Kirill Qlebov, həmçinin Sankt-Peterburqun “Zenit” komandasının müdafiəçisi Nuralı Alipdir.

“Qalatasaray”ın adıçəkilən futbolçuları izlədiyi bildirilir.

Qeyd edək ki, yayda “Qalatasaray”a qoşulan Aleksey Batrakov qısa müddətdə komandanın azarkeşlərinin rəğbətini qazanıb.

İdman.Biz